2011-ci ildə Azərbaycanda ÜDM 0,1-0,2% artacaq
07 Dekabr 2011 Çərşənbə 13:38
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.
2011-ci ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 0,1-0,2% təşkil edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

"2011-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin real artım sürəti 0,1-0,2% təşkil edəcək. ÜDM-nin nominal həcmi təxminən 50 mlrd. manat səviyyəsində olacaq", - deyə A.Vəliyev bildirib.

Onun sözlərinə görə, noyabr ayının yekunlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 8% təşkil edib.

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2011-ci ilin yekunları üzrə ÜDM artımını 0,9% səviyyəsində proqnozlaşdırır, o cümlədən qeyri-neft sektorunda artım 10%, neft sektorunda azalma 8,7% səviyyəsində nəzərdə tutulub.

2011-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 9,8% səviyyəsində proqnozlaşdırılır.

2010-cu ilin yekunlarına görə, Azərbaycanda ÜDM artımı 5%, orta illik inflyasiya 5,7% təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar