2011-ci il pensiya 118 manat olacaq
13 Oktyabr 2010 Çərşənbə 23:25
DSMF sədri: "Pensiyaların maliyyələşməsində problem yaranmayacaq".
Bəlli olduğu kimi, parlamentin bugünkü iclasında Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcə layihəsi müzakirəyə çıxarılıb. Fondun sədri Səlim Müslümov deyib ki, gələn il fondun gəlir və xərcləri 1 milyard 970 milyon manat müəyyənləşdirilib. Gəlirlərin 691 milyon manatı dövlət büdcəsindən ayrılacaq. 2011-ci il orta aylıq pensiyanın 118 manat təşkil edəcəyini deyən fond sədri pensiyaların maliyyələşməsində problem yaranmayacağını bildirib.

Müzakirələr zamanı millət vəkilləri pensiyaların artırılması, vəsaitlərin çatdırılması üçün bankomat şəbəkəsinin genişləndirilməsi, ikili mühasibatlıqla mübarizənin gücləndirilməsini təklif ediblər. Dövlət sosial müdafiə fondunun sədri Səlim Müslümov bankomatların artırılması ilə bağlı banklara müraciət olunduğunu bildirib. Fond sədri 90-ci illərin ortalarında pensiyaya çıxanların təqaüdlərinin az olması barədə fikirlərə də münasibət bildirib: “Müxtəlif yollar var- sığorta olunanların yükü artmalı və ya pensiyaların və pensiyaçıların azaldılmalı. Bunlar mümkün olmadığından əlavə vəsait sərf olunacaq”. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar