2011-ci il dövlət büdcəsinə yenidən baxıla bilər
25 Fevral 2011 Cümə 15:01
Maliyyə naziri Samir Şərifov bunu istisna etmir
Son günlər dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacağını istisna etmir. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu ilki büdcənin icrasında heç bir problem müşahidə olunmur.

O bildirib ki, lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna edilmir: “Dövlət büdcəsinə neft sahəsindən daxilolmalar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi şəklində köçürülür. ARDNŞ o qədər də xam neft satmır ki, orada bir o qədər artım olsun. Şirkət daha çox neft məhsulları realizə edir və bu məhsulların satışı da əksər hallarda yerli bazarda həyata keçirilir. Ölkədə isə neft məhsullarına olan qiymətlərin artımı müşahidə olunmur. Buna görə biz ARDNŞ-in daxilolmaları üzrə əhəmiyyətli dərəcədə artım gözləmirik”.

Beynəlxalq Əməliyyat Şirkətinə gəldikdə isə S, Şərifov bildirib ki, konsorsiumda müəyyən pay bölgüsü var və bura daxil olan xarici şirkətlərin payına mənfəət neftinin 20-25 faizi düşür və bu istiqamət üzrə də ciddi artım gözlənilmir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar