2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsi hazırdır
10 May 2009 Bazar 15:05
Malliyyə naziri Samir Şərifov layihədə neftin qiymətinin dəyişdirilmədiyini bildirib

"2008-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir 2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin də artıq hazır olduğunu vurğulayıb. "Büdcənin icrası məsələsinə yenidən baxılacaq. Burada neftin qiyməti qoyulmayıb. Hesab edirik ki, buna hələki kəskin ehtiyac yoxdur".
Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri 12 355 mln. manat səviyyəsində təsdiq edilib./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar