2009-cu ildə İrlandiyada hər gün 4 şirkət iflasa uğrayıb
06 Yanvar 2010 Çərşənbə 13:50
2009-cu ildə İrlandiyada orta hesabla hər gün 4 şirkət iflasa uğrayıb.
“APA-ECONOMICS”in məlumatına görə, bu barədə “InsolvencyJournal.ie” saytı məlumat yayıb.

Araşdırmalar qlobal iqtisadi böhrandan ən çox inşaat və xidmət sahələrinin zərər gördüyünü göstərib.

Maraqlıdır ki, İrlandiya Mərkəzi Statistika Qurumu 2009-cu ilin ilk üç rübündə iqtisadiyyatın toparlanmağa başladığı haqda hesabat yaymışdı. Bu ölkənin İqtisadi və Sosial Araşdırmalar İnstitutu isə böhranın 2010-cu ilin yay aylarında bitəcəyini proqnozlaşdırır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar