20 manata Antalyaya səhayət qazan!
16 İyun 2010 Çərşənbə 17:50
“Unibank” “Visa” kartlari ilə aparilan ödənişlərlə Antalyaya səyahət qazandira bilər.
Bu gün “Unibank” ASC-də «VİZA günləri» kampaniyası start götürür. Onun şərtlərinə görə, bu beynəlxalq ödəniş sisteminin plastik kartları vasitəsilə həyata keçirilən tranzaksiyalar Türkiyəyə tur udmaq şansı verir.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın hər bir özəl müştərisi, iyun ayının 16-dan avqustun 31-ə kimi «VİSA» plastik kartları üzrə bankomat, POS-terminal və internet vasitəsilə 20 AZN/USD/EUR/GBP dəyərində əməliyyatlar həyata keçirməklə, Antalyaya səyahət daxil olmaqla, müxtəlif hədiyyələr udmaq şansı əldə edəcək. Bu zaman, ən azı 20 AZN/USD/EUR/GBP dəyərində olan hər bir əməliyyat bank tərəfindən bir uduş şansı kimi qiymətləndirilir. Nəticədə, əməliyyatların sayı və məbləği artdıqca, «VİSA» kart sahiblərinin Bankdan hədiyyə udmaq gəlmək şansı da artır.
Qitmətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın qaydalarına müvafiq olaraq, «VİSA günləri» kampaniyası çərçivəsində keçirilən lotereya tirajları üç dəfə keçiriləcək. Antalyaya turun birinci sahibi 2010-cu ilin iyul ayının 15-də, ikincisi – avqustun 10-da, 3-cü isə – sentyabr ayının 1-də müəyyən ediləcək. Əlavə olaraq, lotereyada fotokameralar və «I-pod» tipli musiqi pleyerləri oynanılacaq. Qaliblər kompüter proqramının köməyi və münsiflər heyətinin iştirakı ilə təsadüfi seçim üsülu əsasında müəyyən ediləcək. Lotereyanın hər üç tirajının nəticələri bankın saytında və kütləvi informasiya vasitələrində dərc olunacaq.
Aksiyada, işğüzar lfəaliyyəti ilə bağlı və ya şəxsi məqsədlərlə Böyük Britaniyaya tez-tez səfər edən müştərilər üçün nəzərdə tutulan Britaniya Funtlarında (GBP) olan yeni «VİSA» kartları da daxil olmaqla, «Unibank»ın bütün «VİSA» plastik kartlarının fərdi sahibləri iştirak edə bilər. Qeyd etmək olar ki, GBP-də nominallaşdırılmış «VİSA» plastik kartlarının unikal xüsusiyyətləri sayəsində, Britaniya valyutasında əməliyyatların yerinə yetirilməsi zamanı Bankın müştəriləri konvertasiya üçün vəsait itirməyəcəklər. «Unibank»da «VİSA günləri» kampaniyası üzrə əlavə məlumatı (012) 117 saylı telefona zəng vurmaqla əldə etmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: