15 milyon manata kombayn alınacaq
04 İyun 2014 Çərşənbə 18:54
İlham Əliyev kənd təsərrüfatı texnikasının alınması üçün sərəncam imzalayıb.
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam verib.
ANS PRESS-in məlumatına görə, sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara əlavə ehtiyacını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılması əksini tapıb.
DOSTLARINLA PAYLAŞ: