100-dən çox türk iş adamı Azərbaycana gəlir
26 İyul 2010 Bazar Ertəsi 13:30
Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zafer Çağlayan Azərbaycana səfər edəcək.
Yaxın günlərdə iqtisadi Inkişaf naziri Şahin Mustafayevin dəvəti ilə Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zafer Çağlayan başda olmaqla bir qrup nümayəndə heyəti Azərbaycana səfər edəcək. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından ANS PRESS-ə verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkənin iş adamları arasında sıx işgüzar əməkdaşlığın yaradılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsidir.
Qeyd edək ki, tədbir iyulun 29-da baş tutacaq. Nümayəndə heyətlərinin görüşündə inşaat, qida, enerji, səhiyyə, mebel, kənd təsərrüfatı, maşın, turizm, kimya və s. sektorlar başda olmaqla 100-dən çox iş adamının iştirakı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: