10-dan yaxşı nə ola bilər!
11 Dekabr 2009 Cümə 14:10
“NİKOYL BANK” yeni il öncəsi yeeni depozit aksiyasına başlayır. "10-dan yaxşı nə ola bilər!"
“NİKOYL BANK” yeni il qabağı “10-dan yaxşı nə ola bilər!”depozit aksiyasına başlayır.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “10-dan yaxşı nə ola bilər!” adlanan depozit aksiyası 2010-cu ilin yanvarın 10-na qədər davam edəcək.

Aksiyanın şərtlərinə əsasən, hər bir müştəri təklif edilən bankda 1000 AZN, USD və ya EUR həcmində depozit qoyur, əvəzində isə hədiyyə olaraq “BU Kart” plastik gəlir kartını qazanır.

Qeyd edək ki, “BU Kart” debet və depozit əmanətlərini özündə birləşdirən plastik gəlir kartdır. Bu plastik kartın köməyi ilə kommunal xidmətlərin, mobil operatorların və internet resursların ödənişini aparmaq mümkün olacaq. Keçirilən aksiyanın əsas üstünlüyü ondan ibarətdir ki, aksiya ərzində hər ay illik əmanətdən əlavə olaraq 10 faiz müştərinin hesabına daxil olacaq. “BU Kart” plastik gəlir kartı müştərinin istəyindən asılı olaraq, Azərbaycan manatı və yaxud ABŞ dolları USD hesabı şəklində açıla bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar