Zaltsburq - Qarabağ oyununu izləmək istəyənlərin nəzərinə!
    06 Avqust 2014 Çərşənbə 12:57
    AFFA Zaltsburq - Qarabağ oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
    
                	 
    
         Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Zaltsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
ANS PRESS-in AFFA-a istinadla verdiyi məlumata görə, azerkeşlərimizin matçı izləyə bilməsi üçün 500 bilet alınıb. 
Biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün  "Zaltsburq" - "Qarabağ" oyunu baş tutacaq. Matç Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək
DOSTLARINLA PAYLAŞ: