Şahmat yığmamız Braziliyanı uddu, Rumıniya ilə sülh bağladı
12 Avqust 2014 Çərşənbə Axşamı 00:24
Bu turdan sonra Azərbaycanın kişilərdən ibarət şahmat yığması 13 xalla 4-cü yerdədir.
Norveçin Tromsö şəhərində şahmat Olimpiadası davam edir.
ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycanın kişi və qadın yığması IX turun oyunlarını keçirib.
Kişi yığmamız Rumıniyanı sınağa çəkib və heç-heçəyə razılaşıb - 2:2. Bütün şahmatçılarımız rəqibləri ilə xalları yarı bölüb.
Qadın yığmamız isə Braziliyanı məğlub edib - 3,5:0,5. Qızlardan yalnız Gülnar Məmmədova rəqibi ilə xalları bölüb. Digər üç şahmatçımız qələbə qazanıb.
11 avqust
IX tur
Kişilər
Azərbaycan - Rumıniya 2:2
Şəhriyar Məmmədyarov (2743) - Konstantin Lupulesku (2625) 0,5:0,5
Teymur Rəcəbov (2724) - Mirça-Emilian Parliqras (2574) 0,5:0,5
Rauf Məmmədov (2659) - Vlad-Kristian Yianu (2579) 0,5:0,5
Qədir Hüseynov (2613) - Vladislav Nevedniçi (2554) 0,5:0,5
Turnir cədvəli: 1. Çin - 14 xal. 2. Fransa, 3. Ukrayna, 4. Azərbaycan - 13.
Qadınlar
Azərbaycan - Braziliya 3,5:0,5
Zeynəb Məmmədyarova (2229) - Vanessa Felisiano (2226) 1:0
Gülnar Məmmədova (2334) - Sayumi Terao (2222) 0,5:0,5
Xəyalə Abdulla (2286) - Reqina Ribeyro (2000) 1:0
Türkan Məmmədyarova (2274) - Suzana Çanq (1991) 1:0
Turnir cədvəli: 1. Rusiya - 16 xal. 2. Çin - 14. 3. Fransa - 13... 31. Azərbaycan - 10.
DOSTLARINLA PAYLAŞ: