İdman

Paralimpiyaçılar dağ xizək və xizək yürüşündə yarışacaqlar

XI Soçi Qış Paralimpiya Oyunlarının ikinci günündə beş idman növündə qaliblər müəyyənləşəcək.

· Xəbərçi
Paralimpiyaçılar dağ xizək və xizək yürüşündə yarışacaqlar
Soçidə XI Qış Paralimpiya Oyunları davam edir. ANS PRESS-in məlumatına görə, Paralimpiya Oyunlarının ikinci günündə beş idman növündə qaliblər müəyyənləşəcək.

Atletlər dağ xizək və xizək yürüşünün müxtəlif növləri üzrə birincilik uğrunda yarışacaqlar.

Həmçinin sleyc-xokkey üzrə qrup yarışları çərçivəsində Çexiya – İsveç, Kanada – Norveç, ABŞ – Koreya Respublikası və Rusiya – İtaliya görüşləri keçiriləcək.

Şərhlər