Fənərbaxça voleybol komandası Avrupa Çempionu oldu
30 Mart 2014 Bazar 15:39
Fənərbaxça voleybol komandası CEV Challenge Kubokunun sahibi oldu.
Türkiyənin kişilərdən ibarət “Fənərbaxça” voleybol komandası Avrupa Çempiyonu tituluna sahib olub. ANS PRESS-in məlumatına görə “Fənərbaxça” komandası İstanbulda İtaliyanın “Andreoli Latina” kulubu ilə qarşılaşıb.

Rəqibini 3-0 hesabı ilə məğlub edən “Fənərbaxça” komandası “CEV Challenge Kuboku”nun sahibi olub. Qarşılaşmanı Əziz Yıldırım ilə yanaşı kubun digər üzvlərinin də izlədiyi bildirilir.

Qeyd edək ki, bir müddət bundan öncə “Fənərbaxça” komandası “Andreoli Latina” klubu ilə üzü-üzə gəlib və qarşılaşmanın qalibi İtaliya yığması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar