Biznesmen Hafiz Məmmədov məşhur klublardan birini alır
07 İyul 2014 Bazar Ertəsi 10:55
Azərbaycanlı biznesmen, "Bakı"nın prezidenti Hafiz Məmmədov Cənubi Amerikanın məşhur klublarından birini almaq istəyir.
Azərbaycanlı biznesmen, "Bakı"nın prezidenti Hafiz Məmmədov Cənubi Amerikanın məşhur klublarından birini almaq istəyir.
Azerisport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatına açıqlamasında "İnter"in müdafiəçisi Matiya Şpiçiç məlumat verib:
"Ən məşhur investorlardan biri "Bakı"nın prezidenti Hafiz Məmmədovdu. O, Madrid "Atletiko"sunun sponsorudu. Hansı ki, formalarında Azərbaycanı reklam edirlər. Bu yaxınlarda İngiltərənin "Şeffild Uensdey" klubunu da təxminən 50 milyon avroya aldı. Eşitmişəm ki, onun növbəti hədəfi Argentinanın "River Pleyt" klubunu almaqdı".
DOSTLARINLA PAYLAŞ: