Xüsusi dizaynla yığılmış VAZ 2107
21 Avqust 2014 Cümə Axşamı 12:37
Paytaxtda xüsusi dizaynla yığılmış VAZ 2107 markalı avtomobil internet saytlarından birində satışa çıxarılıb.
ANS PRESS-in məlumatına görə, avtomobilin qiyməti 12500 dollar olaraq müəyyənləşdirlib. Xarici avtomobillərindən üstünlüklərinə görə heç də fərqlənməyən Rusiya istehsalı maşının içərisində hətta oyun konsolu da var.

Belə ki, avtomobildə 4 kamera, "playtation 3" oyun kompyuteri, Alpine, Klarion musiqi sistemi, əyləclərin qapanma sistemi (ABS), park radarı, yağış sensoru, ksenon lampalar, qaçırılma əleyhinə siqnalizasiya, mərkəzi qapanma, yüngül lehimli disklər, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, bort kompüter, naviqasiya sistemi ( TVD/DVD), CD-çeyncer var.

2011 -ci il istehsalı olan maşının oturacaqları dəri ilə təchiz olunub. Adi "VAZ 2107"lərdən xeyli seçilən bu avtomobil xüsusi dizaynı ilə hərkəsi heyrətləndirib.













DOSTLARINLA PAYLAŞ:

oyunlar