Pulsuz Wi-Fi xidməti verən heykəl hazırlanıb
15 May 2014 Cümə Axşamı 05:14
Pulsuz “Wi-Fi” xidməti verən heykəli Sergey de Buqrua hazırlayıb.
Rusiyaya bağlı Udmurtya respublikasında qeyri-adi heykəl hazırlanıb.

ANS PRESS-in məlumatına görə, Udmurtya respublikasının paytaxtı İzevsk şəhərində pulsuz “Wi-Fi” xidməti verən heykəl qoyulacaq.

"Bu heykəl rus igidlərinə xas bir hərəkətlə müasir dövrdə ehtiyacımız olan internet imkanı ilə bizi təmin edərək, aşağı sürətli və kabelli əlaqədən canımızı quratacaq." - deyə, heykəltəraş Sergey de Buqrua bildirib.

Sözügedən heykəl üzərindəki köynəyi cıraraq Wi-Fi yazısını açan və şalvarının arxa cibində smartfon telefon olan saqqallı bir insanın təsviridir.

Yerli internet operatorları ilə heykəl üzərində ötən ildən bəri iş apardıqlarını vurğulayan heykəltəraş, əvvəlcə palçıqdan hazırladığı heykəl maketini sonradan inkişaf etdirərək iki metr hündürlüyündə hazırlayaraq başa çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar