Kimlər qurban kəsə bilməz?
04 Oktyabr 2014 Şənbə 09:15
Kəsilmiş qurbanlıqların maddi durumu ağır olanlara, kimsəsizlərə verilməsi müstəhəb buyrulur.
Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd etməyə hazırlaşır.

ANS TV-nin məlumatına görə, kimisi Həcc ziyarətində, Mina çölündə şeytanı simvolizə edən sütunları daşlayacaq, qurbanlarını kəsəcək, başlarını qırxdırıb Həcc ziyarətinin əsas hissəsini başa vuracaq.

Digərləri isə paytaxda və digər bölgələrdə təşkil olunmuş satış mərkəzlərindən aldıqları qurbanlıq heyvanlarını, xüsusi yerlərdə kəsəcək. Amma kimlərə Qurban kəsmək vacibdir və onların kəsimi necə olmalıdır, bu haqqda islam dininin təyin etdiyi xüsusi qaydalar var. İlk növbədədə islam dini, qurban kəsməyi maddi durumu yaxşı olan şəxslərə vacib buyurur. Borcla heyvan alıb kəsmək məsləhət görülmür. Eyni zamanda əgər bir insanın buna imkanı yoxdursa və kəsmək istəyirsə, bir neçə nəfər birləşərək bu ayini yerinə yetirə bilər. Kəsilmiş qurbanlıqların isə maddi durumu ağır olanlara, kimsəsizlərə və qocalar evinə verilməsi müstəhəb buyrulur.

İlahiyyatçı Hacı Fuad qeyd edir ki, qurbanlıq dəvə, qoyun, dana və bu cinsdən olan heyvanları kəsmək olar: “Onların da hər birinin yaş həddi var. Dəvənin yaşı 5 yaşdan 6 yaşa keçməlidir, danalar 2 yaşı tamam 3 yaşına keçmiş olmalıdır, qoyunlar isə 7 ayı tamam olan və 8-i aya keçmiş olmalıdır. Bu minimum yaş həddidir. Bundan da yuxarı ol bilər”.

O üzdən ilahiyyatçılar, qurbanlıq heyvanları alarkən və ya kəsərkən islam dininin şərtlərinə əməl etmələrini məsləhət görür.

Qurban bayramınız mübarək olsun.


DOSTLARINLA PAYLAŞ:

oyunlar