Bill Qeyts taxtdan düşdü
07 May 2014 Çərşənbə 15:42
Microsoft qurucusu Bill Qeyts şirkətin ikinci böyük ortağı mövqeyinə geriləyib.
ANS PRESS-in məlumatına görə, bir müddətdir qurduğu vəqfdə işlərini cəmləşdirən Qeyts vəqfə qaynaq yaratmaq üçün "Microsoft"dakı hissələrini satmağa başlayıb. Qeytsin planlarına görə, bir neçə ilə qədər şirkətdəki hissələrini tamamilə satıb ortaqlıqdan çəkiləcək.

Bu plan çərçivəsində 4,6 milyon hissə daha satan Bill Qeyts beləcə 330,1 milyon hissəsilə artıq şirkətin ikinci böyük ortağı mövqeyinə geriləyib. Hazırda şirkətin ən böyük ortağı 333 milyon dəyərindəki hissəsi ilə Stiv Ballmerdir.

Ancaq Qeyts hissələrini satsa da başqa şirkətlərdəki ortaqlıqları və müxtəlif investisiyaları ilə hələ də dünyanın ən zəngin insanı ünvanını qoruyub saxlayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar