90 min manata "zerkalnı" avtomobil nömrəsi satılır
26 May 2016 Cümə Axşamı 12:36
Ölkəmizdə "zerkalnı" avtomobil nömrələrinin bahalı satıldığını görmüşdük ancak bu qiymətə satılana ilk dəfə rastladıq.
Azərbaycanda "zerkalnı" nömrə sahibi olmaq nədənsə çox əhəmiyyətli hesab edilir. Mobil telefon nömrələrdə "zerkalnı" nömrə sahibi lmaq üçün bəzən 10 min manat pul verənlər çıxır.
 
Eynisi avtommobil nömrələrində də var. 90 xx 090 vəya 10 xx 010 və bənzəri nömrəyə sahib olmaq üçün həddindən artıq ödənişlər edilir.
 
Xəbərin mövzusu olan 10 xx 100 nömrəsi isə nə az nə çox 90 min manata satılır.
 
Məsələyə münasibət bildirən Bakı Şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, avtomobil nömrəsi şəxs tərəfindən satıla bilməz. Vaqif Əsədov deyir ki, nömrənin dəyişdirilməsi və ya verilməsi aidiyyatı qurumlar tərəfindən həyata keçirilir və nömrəyə uyğun müvafiq rüsumlar var. Rüsumlar 500-2500 manat arasında dəyişir.

Nömrə nişanı 001-dən 009-a kimi rəqəmlər ilə olduqda və müxtəlif hərflərdən ibarətdirsə qiyməti 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir. Əgər nömrə nişanı 100-dən 900-a kimidirsə və müxtəlif hərflərdən ibarətdirsə bu zaman qiyməti 1000, eyni hərflərdisə 1500 manatdır. Bununla yanaşı, nömrə eynirəqəmli olduğu halda hərflər müxtəlif olarsa 500 manat, eyni hərflər olarsa 1000 manat dövlət rüsumu nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar