7 milyon dollarlıq avtomobil
31 Yanvar 2015 Şənbə 13:34
ABŞ-da "Chevrolet" şirkətinin istehsal etdiyi "Corvette SR-2" modeli satışa çıxarılıb.
ABŞ-da "Chevrolet" şirkətinin istehsal etdiyi "Corvette SR-2" modeli satışa çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bu modelin qiyməti təxminən 7 milyon dollar olaraq müəyyən edilib. 1956-ci il istehsallı yarış avtomobili öz nəslinin ilk nümanələrindəndir.

331 at gücünə sahib olan avtomobil 1950-ci illərdəki maşın yarışları üçün xüsusi olaraq hazırlanmışdı. Bu avtomobildən cəmi 3 ədəd istehsal olunub. Onlardan birincisi bu yaxınlarda hərraca çıxarılmışdı. Bu modelin ikinci nümayəndəsinin də hərrac yolu ilə satışı planlaşdırılır.

"Chevrolet" şirkəti "Corvette SR-2" modelini həmçinin "Ferrari", "Jaguar", "Porsche" və "Maserati" avtomobilləri ilə rəqabət aparmaq üçün hazırladıb.

Avtomobilin ərsəyə gəlməsi üçün 17 mütəxəssis gecə-gündüz çalışıb və bir neçə həftə sonra birinci "Corvette SR-2" hazırlanıb. Göy rəngli avtomobilin sürücü qapısına isə 144 nömrəsi həkk olunub.

















7 milyon dollarlıq avtomobil

7 milyon dollarlıq avtomobil

7 milyon dollarlıq avtomobil

7 milyon dollarlıq maşın















DOSTLARINLA PAYLAŞ:

oyunlar