ZaminBank Qubada filial açır
08 Fevral 2010 Bazar Ertəsi 13:10
ZaminBank bu ilin birinci yarısında 5 yeni regional filial açmağı planlaşdırır
"ZaminBank" ASC bu ilin birinci yarısında 5 yeni regional filial açmağı planlaşdırır. Bankdan verilən məlumata görə, nəzərdə tutulan filiallardan biri Quba rayonunda olacaq.

"Hazırda orada təmir-tamamlama işləri gedir. Martın əvvəli üçün Azərbaycan Mərkəzi Bankına müvafiq müraciət ediləcək", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, 2009-cu ildə bank 20 yeni filial və şöbəni istismara verib.

Bu gün "Zaminbank" 22-si regional olmaqla 35 filial və 15 şöbə vasitəsilə fəaliyyətini həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar