Azersun Holding yeni mükafata layiq görülüb
15 Dekabr 2011 Cümə Axşamı 14:22
Azersun Holding keyfiyyətli məhsul istehsalı və ölkə iqtisadiyyatına verdiyi töhfələrə görə «Azeri Business Award – 2011» milli mükafatına layiq görülüb.

Holdinqdən «APA-Economics»ə verilən məlumata görə, mükafatın təqdimat mərasimində çoxsaylı iş adamı, siyasətçi, diplomat və dövlət rəsmiləri iştirak ediblər.

Qida sektorunda Azərbaycanı istehsalçı və ixracatçı ölkəyə çevrilməsində böyük rol oynayan holdinq, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Holdinqin strukturunda fəaliyyət göstərən müəssisələr müasir texniki avadanlıqlarla təchiz olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar