Yük daşımaları 1,8 faiz artıb
25 May 2009 Bazar Ertəsi 17:15
Bu ilin dörd ayında nəqliyyat xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6% artıb

Yanvar-aprel aylarında nəqliyyat sektorunda yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Nəqliyyat vasitələri ilə daşınmış 57,2 milyon ton yükün 46,2%-i avtomobil, 35,3%-i boru kəməri, 11,4%-i dəmir yolu, 7,1%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 7,2% yüksəlib və daşınmalarda payı 71,4%-ə çatıb. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
Bu ilin dörd ayında sərnişin daşımaları da nəzərə alınmaqla nəqliyyat xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6% artıb.
Dəmir yolu nəqliyyatı ilə 6,5 mln. ton yük daşınıb və yükdaşımanın həcmi 28% aşağı düşüb. Vaqonların orta sutkalıq yüklənməsi Şimal istiqaməti üzrə 22,4%, Qərb istiqaməti üzrə - 43,6%, Cənub istiqaməti üzrə - 61,9% azalıb.
Xəzər Dəniz Gəmiçiliyi daşınmış yüklərin həcmini 11,7% artıraraq 4,1mln. tona çatdırıb. Yüklərin 71,4%-i neftin, qalan 28,6%-i isə quru yüklərinin payına düşür.
Hava nəqliyyatında yük daşımaları 14,3% azalıb. Dörd ayda hava gəmiləri ilə cəmi 10,1 min ton yük daşınıb. /Turan/



DOSTLARINLA PAYLAŞ:

oyunlar