VTB Bank Azərbaycanda genişlənir
27 Noyabr 2009 Cümə 10:40
VTB Bank nizamnamə fondunu 23,8 milyon manata çatdırmağı planlaşdırır
“VTB - Azərbaycan” Bankı ASC 2010-cu ili institusional quruculuq planlarının reallaşmasına və gələcək inkişafın əsasının qoyulmasına həsr etmək niyyətindədir. Belə ki, gələn il bankın proqram təminatı yenilənəcək, əməkdaşların ştatı tam komplektləşdiriləcək, inkişaf strategiyası işləniləcək.

Gələn ilin birinci rübündə plastik biznesinin inkişafı, o cümlədən öz prosessinq mərkəzimizin yaradılması məsələsinə aydınlıq gətiriləcək. Artıq 2010-cu ilin əvvəlində bankın VTB qrupunun standartlarına uyğun hazırlanan saytı işə başlayacaq.

“VTB-Azərbaycan”ın əsas fəaliyyəti korporativ müştərilərə – kiçik, orta, iri müəssisələrə xidmətə yönəldiləcək. Amma bank pərakəndə xidmətlərdən də imtina etməyəcək.

Bankdan ANS PRESS-ə verilən məlumata görə, “VTB - Azərbaycan qısa müddətdə 16 milyon manatlıq səhm emisisya edərək ödənilmiş nizamnamə fondunu 23,8 milyon manata çatdırmağı planlaşdırır. Səhmlər yerləşdiriləndən sonra təşkilatın ümumi kapitalı 30 milyon dollar ekvivalenti olacaq.

Nominal qiyməti 20 qəpik olan 80 milyon adi adlı sənədsiz səhmlərin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Onlar Bakı Fond Birjasında açıq abunə yolu ilə yerləşdiriliəcək.

Qeyd edək ki, bankın səhmdarları Rusiyanın “Bank VTB” qrupu (səhmlərin 51%-i), “AtaHolding” ASC (48,99%) və fiziki şəxsdir (0,01%). ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar