“Visa International”ın assosiativ üzvləri artır
13 Mart 2010 Şənbə 10:35
"GunayBank" "AzeriCard" prosessinq sisteminin köməyi ilə “Visa” ilə məsləhətləşmələr başlayıb.
"GunayBank" ASC bu il beynəlxalq ödəniş sistemi “Visa International”ın assosiativ üzvü olmağı planlaşdırır. Bankdan verilən məlumata görə, "AzeriCard" prosessinq sisteminin köməyi ilə “Visa” ilə məsləhətləşmələr başlayıb.

Ödəniş sisteminə üzv olandan sonra “Visa Electron”, “Classic”, “Gold” və “Standard” kartlarının emissiyasına başlanılacaq. Hazırda yalnız lokal kartlar buraxılır. Onların sayı 110-dan bir qədər çoxdur. Onlara xidmət üçün 1 bankomat və POS termonal var.

Qeyd edək ki, “Visa International” Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. Bu gün 30 yerli bank onun tərəfdaşıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar