"Вank Respublika"dan yeni Cash by Code xidməti
21 İyun 2011 Çərşənbə Axşamı 20:10
Bankın müştəriləri plastik kartı olmayan şəxsə pul göndərmək imkanına malik olacaq.
“Вank Respublika”nın yeni “Cash by Code” adlı xidmət tətbiq edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Cash by Code” xidməti vasitəsi ilə bankın müştəriləri plastik kartı olmayan şəxsə pul göndərmək imkanına malik olacaqlar.

Bankomat vasitəsilə pul göndərmək üçün müştəri bankomatın menyusunda “Cash by Code” – “Pul göndərmək” bəndini seçməlidir. Sonra isə pulu göndərmək istədiyi şəxsin mobil telefonunu və göndərmək istədiyi məbləği daxil edir.

Bankomat 2 hissədən ibarət kod formalaşdırır. Kodun birinci hissəsi çek üzərində çap olunur və müştərinin özündə qalır, ikinci hissəsi isə alana SMS vasitəsilə göndərilir. Alan şəxs, göndərəndən öyrəndiyi kodun 1-ci hissəsini, SMS ilə aldığı 2-ci hissəsi ilə birləşdirir və nəticədə alınan kodu bankomata daxil edərək ona göndərilən məbləği alır. Kod 24 saat ərzində aktivdir.

Bu əməliyyatı pulu alan şəxs kartsız həyata keçirir və bunu “Bank Respublika”nın bankomatları ilə yanaşı, digər 25 bankın, o cümlədən, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Standard”, “AGBank”, “AtaBank”, “Xalq Bank” və digər bankların 1200-dən çox bankomatlarında edə bilər. Bank bu xidmət üzrə heç bir əlavə komissiya tətbiq etmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar