"United Credit Bank"ın mənfəəti 7 dəfə azalıb
28 Yanvar 2010 Cümə Axşamı 17:40
"United Credit Bank"ın aktivləri ötən il 30 faiz artaraq 42,1 milyon manat olub
"United Credit Banki" ASC-nin aktivləri 2009-cu ildə 30 faiz artaraq 42,1 milyon manat olub. Hesabat dövründə kreditləşmə 28,1 faiz artımla 29,23 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 10 milyon manat artaraq 24,1 milyon manat olub. Depozit portfeli 94,6 faiz genişlənərək 14,37 milyon manata, müddətli müştəri əmanətləri 63 faiz artımla 8,77 milyon manata yüksəlib.

Balans kapitalı 2,2 faiz azalaraq 17,98 milyon manat olub. Məcmu kapital 0,2 faiz artaraq 13,53 milyon manatı keçib, ödənilmiş nizamnamə fondu 12,11 milyon manat təşkil edib.

Bankın gəlirləri 2008-ci illə müqayisədə 13,5 faiz artaraq 5,45 milyon manat, xərcləri 20 faiz artımla 5,37 milyon manat olub. Xalis mənfəət 193 mindən 29 min manata azalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar