Unibank Bərdə şəhərində filial açdı
29 Mart 2013 Cümə 16:28
Bankın 30-cu filialı olan Unibank Bərdə filialı rayon əhalisinə hər cür bank xidməti göstərəcək.
“Unibank” xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın daha bir filialı Bərdədə açıldı. “Unibank”ın 30-cu filialı olan “Bərdə” filialının fəaliyyətə başlamasıyla, rayon əhalisinə hər cür bank xidməti göstəriləcək. Bankın yeni xidmət nöqtəsi nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filial Bərdə şəhəri, Nizami küçəsi 72 ünvanında (İcra Hakimiyyətinə yaxın) yerləşir. Müasir üslubda qurulan yeni filialın bütün əməkdaşları ixtisaslaşdırılmış hazırlıq keçiblər. Filial şəbəkəsinin genişləndirilməsi “Unibank”ın strategiyasının əsas istiqamətlərindən biridir. Bununla da “Unibank” dövlət səviyyəsində həyata keçirilən regionların sosial-iqtisadi inkişafına öz dəstəyini verir.

“Unibank”ın Bərdə filialı bölgə əhalisinə sərfəli və keyfiyyətli bank xidməti imkanı yaratmaqla yanaşı, verilən kreditlər hesabına bölgədə yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasına da təkan verəcək. “Unibank” ölkə rayonlarında filial şəbəkəsinin genişləndirməyi öz fəaliyyət prioritetlərindən hesab edir. Yaxın vaxtlarda bankın daha bir neçə bölgədə yeni filialları açılacaq.

Artıq “Unibank”ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə “Unidirect” xidməti də fəaliyyət göstərir. “Unidirect” xidmətinin məqsədi müştərilərə banka gəlmədən, xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından Unidirect@unibank.az -a göndərməlidirlər.

“Unibank”da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Bu kampaniya çərivəsində hər kəs 3-6 ay müddətinə 6 % endirimlə kredit götürə bilər.Başqa banklara borcu olanlara da, kredit verilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

“Unibank” - hər kəsin bankı


DOSTLARINLA PAYLAŞ:

oyunlar