Türkiyə və Yunanıstan Azərbaycan qazına görə çəkişəcək
31 Mart 2011 Cümə Axşamı 12:48
Ankara qazın tranzit qiymətini artırmaq niyyətindədir
Türkiyənin "BOTAS" borukəməri şirkəti Yunanıstanın "DEPA" şirkəti ilə Azərbaycan qazının tranzitinə dair danışıqlara başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Azərbaycan qazının tranzit qiymətinin bahalaşmasıdır.

Belə ki, Azərbaycan qazının Türkiyə üçün hər 1000 kub metri 120 dollardan 250 dollara bahalaşdığından "BOTAS" şirkəti də Yunanıstan tərəfindən tranzit qiymətlərini yeni şərtlərə uyğun olaraq həyata keçirilməsini tələb edir. Digər məlumata görə, Yunanıstan tərəfi irəli sürülən şərtlərlə razılaşmayaraq əvvəlki qiymətlərin saxlanılmasına təkid edir.

Yunanıstan şirkəti öz mövqeyini dəyişməyəcəyi təqdirdə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Yunanıstan şirkətini Beynəlxalq Arbitraj Məhkəməsinə vermək variantını nəzərdən keçirəcək. Türkiyə mətbuatının yazdığına görə, bu proses reallaşsa, Türkiyə məhkəmədə kifayət qədər uğur qazanmaq şansına malikdir.







DOSTLARINLA PAYLAŞ:

oyunlar