"TexnikaBank”ın aktivləri artıb
14 Dekabr 2009 Bazar Ertəsi 16:30
"TexnikaBank”ın aktivləri artıb. 11 ay ərzində bu məbləğ 464 milyon manatı ötüb.
"TexnikaBank" ASC-nin aktivləri bu ilin yanvar-noyabr aylarında 3,2 faiz artaraq 464,69 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 2,1 faiz artaraq 344,63 milyon manat təşkil edib.

Depozit portfeli 6,4 faiz azalaraq 170,6 milyon manat olub. Müddətli müştəri əmanətləri 24,2 faiz artaraq 97,84 milyon manata çatıb.
Məcmu kapital 13 faiz artaraq 58,2 milyon manata yüksəlib. Ödənilmiş nizamnamə fondu 55 faiz artraraq 41,71 milyon manata çatıb.
Bankın gəlirləri 58,8, xərcləri isə 48,86 milyon manat təşkil edib. Vergi ödənilənə qədər xalis mənfəət 9,94 milyon manat olub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar