Telman İsmayılov Rusiyada biznesini bərpa edir
26 Yanvar 2010 Çərşənbə Axşamı 11:35
“AST” şirkətlər qrupunun sahibi Telman İsmayılov yanvarın 29-da Moskvaya gəlmək niyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə “AST” şirkətlər qrupuna yaxın mənbə bildirib. Mənbənin sözlərinə görə, bir neçə ay Rusiyadan kənarda yaşayan Telman İsmayılov geri qayıtdıqdan sonra Moskva və Soçidə investisiya layihələrin reallaşdırılması ilə məşğul olacaq. Xatırladaq ki, İsmayılovun sahibi olduğu “Çerkizov” bazarı Moskva hökumətinin qərarı ilə sökülüb. Həmin ərəfədə Antalyada “Mərdan Palas” yeddiulduzlu otelini istifadəyə verən Telman İsmayılov həmin müddətdən bəri Türkiyədə yaşamaqdadır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar