Sovet əmanətlərinin birdəfəlik ödəmələrinin bəndləri müəyyənləşdirilib
15 May 2012 Çərşənbə Axşamı 14:46
Əmanətçilər birdəfəlik ödəmələrin alınması məqsədilə müvəkkil banka ərizə ilə müraciət edə bilərlər.
Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin bəndlərinin siyahısı açıqlanıb.
Buna əsasən, hər bir əmanət kitabçası "Kapital bank" ASC-nin müəyyən filialında uçota alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Əmanətçilər fərdi birdəfəlik ödəmələrin alınması məqsədilə müvəkkil banka ("Kapital bank") müvafiq ərizə ilə müraciət edə bilərlər. Ərizəyə əmanət kitabçası və Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini əlavə etmək lazımdır. Əgər bu dövrdə əmanətçinin ad və soyadında dəyişiklik edilibsə, bu dəyişiklikləri təsdiq edən notarial qaydada təsdiq edilmiş sənədin surətini təqdim etmək lazımdır.

Əmanətçinin varisinə vəsaitlərin ödənişi zamanı isə ərizə, əmanət kitabçası və şəxsiyyət vəsiqəsinə varisin əmlaka (indiki məqamda əmanət) varisliyi haqqında notarial qaydada təsdiq edilmiş sənədin surəti və ya bu barədə məhkəmənin müvafiq qərarı əlavə edilməlidir.

Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məsələlərlə əlaqədar Maliyyə Nazirliyinin "qaynar xətt"inə (012) 404 46 03 və emanet_info@maliyye.gov.az elektron ünvanına müraciət etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar