Son bir ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb
29 May 2010 Şənbə 22:05
Son bir ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb. İlin sonuna kimi qiymət artımı gözlənilmir.
Daşınmaz əmlak bazarında qiymət azalması dayanmaq üzrədir. Son bir ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb. Mütəxəssislər hesab edir ki, mənzil bazarında canlanma yaratmaq üçün ipoteka kreditləri yeni tikilən evlərə də verilməli, kreditləşməyə ayrılan vəsait artırılmalıdır. Mərkəzi Bankda isə vasitlərin ciddi artımına ehtiyac görmürlər.

Daşınmaz əmlak bazarını araşdıran “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin eksperti Ramin Osmanovun sözlərinə görə, yeni tikililərdə qiymətlər dəyişməyib. Mənzil bazarında qeyri-müəyyən situasiyanın yarandığını deyən Ramin Osmanov qiymət azalmasınının dayanmasını şərtləndirən şəraitin olmadığını bildirib0.


Ramin Osmanov bildirib ki, ucuzlaşma tendensiyasının dayanması maliyyə vəziyyəti yaxşı olmayan tikinti şirkətlərinin vəziyyətini daha da pisləşdirir. Amma buna baxmayaraq, mənzil tikintisi ilə məşğul olanlar qiymətləri aşağı salmamaqda israrlıdır.

Mütəxəssis ilkin mənzil bazarında aktivliyin artırılmasını vacib sayır. İpoteka kreditləşməsinin mənzil bazarında ciddi dönüş yarada bilməyəcəyini deyən ekspert bunu vəsaitin azlığı və kreditləşmənin ilkin bazara aid edilməməsi ilə izah edir.

Son bir ildə isə evlərin qiymətində 13 faiz ucuzlaşma müşahidə edilib. İndi təkrar bazarda mənzilin bir kvadratmetrinin orta qiyməti 1146 dollara, ilkin bazarda isə 880 dollara təklif edilir. Qarşıdakı aylarda mənzil bazarında müəyyən canlanma proqnozlaşdırılsa da, ilin sonuna kimi qiymət artımı gözlənilmir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev ipoteka kreditləşməsində problem olmadığını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar