SOCAR Türkiyədə texniki peşə məktəbi tikdirəcək
07 May 2011 Şənbə 02:03
SOCAR Türkiyədə texniki peşə məktəbi tikdirəcək. Məktəbin təməlqoyma mərasimi mayın 20-də ölkə baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçiriləcək.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Qars vilayətində texniki peşə məktəbi tikdirəcək. ANS PRESS “haber3.com” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Qars valisi Əhməd Kara verib. məlumata görə, məktəbin təməlqoyma mərasimi mayın 20-də ölkə baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçiriləcək. Vali Kara bunun hər cür təchizata sahib 36 siniflik məktəb olacağını bildirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar