“SOCAR”ın Gürcüstanda 69-cu yanacaqdoldurma məntəqəsi açılıb
17 May 2011 Çərşənbə Axşamı 14:41
Yanacaqdoldurma məntəqəsi Tkibulidə açılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisəsi “SOCAR Energy Georgia – SOCAR Georgia Petroleum” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ölkədə daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

“SOCAR Georgia Petroleum”un saytının məlumatına görə, “SOCAR”ın Gürcüstanda sayca 69-cu yanacaqdoldurma məntəqəsi Tkibulidə açılıb.

Mərasimdə MMC-nin rəhbər şəxsləri, yerli icra strukturları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar