SOCAR Georgia Petrolium birinci oldu
27 Yanvar 2010 Çərşənbə 16:35
ARDNŞ-in törəmə şirkəti SOCAR Georgia Petrolium Gürcüstanın ən çox vergi ödəyən şirkət adını qazanıb
Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan üzrə nümayəndəliyi enerji sektoru üzrə 2009-cu il ərzində Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət elan olunub. Bu Gürcüstanın neft idxalı, ixracı və istehsalçıları birliyi ötən il enerji sahəsində ən iri vergi ödəyicisni müəyyənləşdirmək üçün elan edilən müsabiqənin yekunundan sonra məlum olub.

Müsabiqə nəticəsində ən iri 10 vergi ödəyicisi sırasında Dövlət Neft Şirkətinin törəmə müəssisəi olan “SOCAR Georgia Petrolium” bu sahədə birinci yerə çıxaraq ölkənin ən iri vergi ödəyicisi adını qazanıb. Şirkət 2009-cu il ərzində Gürcüstanın dövlət büdcəsinə 162 milyon lari ödəyüb. Bu rəqəm 2008-ci il qonşu ölkənin dövlət büdcəsinə ödənilən vəsaitdən 10 milyon lari az təşkil edib ki, şirkət nümayəndələri bunu dünyada gedən maliyyə böhranı ilə əlaqələndirib.

Bu tədbirdə SOCAR-ın digər törəmə şirkətləri də müxtəlif nominasiyalar üzrə mükafatlar alıb.

SOCAR-ın məsul işçisi Faiq Quliyevin sözlərinə görə, SOCAR-ın Gürcüstan üzrə bir neçə törəmə şirkəti fəaliyyət göstərir: “Bu il "SOCAR Georgia Petroleum" şirkəti Gürcüstanın iri vergi ödəyici kimi qalib elan olunub. Bundan əlavə, SOCAR 2009-cu ildə Gürcüstana 30 milyon laridən artıq investisiya qoyub. Yəni burada ARDNŞ-in törəmə şirkətləri bir neçə nominasiya üzrə qalib gəlib. Həmçinin Kulevi neft terminalı da ilin ən modern və müasir standartlara cavab verən terminal kimi nomisnasiya alacaq”.

F. Quliyevin sözlərinə görə, SOCAR Gürcüstanda fəaliyyətə başladığı 4 il ərzində bu ölkəyə 400 milyon dollardan artıq investisiya yatırıb.

Qeyd edək ki, ARDNŞ-in Gürcüstan üzrə nümayəndəliyi “SOCAR Energy Georgia” 2006-cı ildən qonşu ölkədə fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar