Şirkətin 5 min işçisi eyni vaxtda dekretə çıxdı
21 Noyabr 2009 Şənbə 17:10
“AvtoVaz”ın qadın əməkdaşları işlərini itirməmək üçün bu üsulu seçiblər
Dünya maliyyə böhranı Rusiyanın nəhəng avtomobil istehsalçısı “AvtoVaz”a necə təsir edibsə, şirkət zavodda işləyən qadınları hamiləlik bəhanəsi ilə dekretə göndərməyə başlayıb. Artıq şirkətin icazəli olaraq dekretə çıxmış işçilərinin sayı 5 042 nəfərə çatıb. Bu, ötən illərlə müqayisədə olduqca çoxdur. Bu barədə ”AvtoVAZ”ın mətbuat xidmətinin rəhbəri Aleksandr Şmıqa məlumat verib.

Ən maraqlısı isə budur ki, şirkətdə çalışan qadınlara vaxtından tez analıq məzuniyyətinə getmək üçün rəsmi icazə verilib. Bu, bir növ “AvtoVaz”ın hamılə qadınlara dəstək proqramına aiddir.

"Rusiyada qanuni olaraq analıq məzuniyyətinə körpənin altı aylığında çıxırlar. Bizim qadın işçilərimiz isə dörd ay yarımında dekretə buraxılıblar”, - deyə Şmıqa bildirib.

Onun sözlərinə görə, qadınlar 1,5 ay əvvəl dekretə gedib, ümumi olaraq bütün işləmədiyi ayların maaşını birdən alacaq.

Qeyd edək ki, bu ilin fevral ayından “AvtoVaz” avtomobil konserni böhranla bağlı işçilərini ixtisar etməyə başlayıb. Məhz bu səbəbdən şirkətin qadın əməkdaşları işdən çıxarılmamaları üçün analıq məzuniyyətinə yollanmaq taktikasını seçiblər. Rusiya qanunlarına görə isə hamilə və analıq məzuniyyətində olan qadınların işdən çıxarılması qadağandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar