Sığortacısına ən çox ödəniş edən hansı şirkətdir?
15 İyul 2011 Cümə 18:01
Maliyyə Nazirliyi ölkədə fəailiyyət göstərən sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkətlərin adlarını açıqlayıb.
Bu ilin birinci yarısının hesabat dövründə ölkədə fəailiyyət göstərən sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Azərsığorta” olub. Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Dövlət Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin ödənişlərinin həcmi 5 milyon 194,404 min manat və ya hesabat dövründə bütün ödənişlərin 19,4 faizini təşkil edib.

Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin ikinci yerdə "Beynəlxalq Sığorta Şirkəti” (2 milyon 962,705 min. manat) qərarlaşıb. Bu siyahıda "Ipək Yolu Sığorta" (2 milyon 768,233 min.) üçüncü, "A-Qroup" (2 milyon 677,977 min.) dördüncü, "Atəşgah" (2 milyon 401,167 min.) beşinci olub.

Növbəti beşlikdə altıncı yeri bölüşən "AXA MBASK" (1 milyon 359,167 min.), yeddinci “Standard Insurance” (1 milyon 149,794 min.), səkkizinci “Pasha Sığorta” (1 milyon 87,308 min.), doqquzuncu isə "Xalq sığorta" (1 milyon 81,388 min.) yeri bölüşürlər.

Bu siyahıya ilk onluğun sonuncusu “AzSığorta” (1 milyon 22,021 min.) şirkəti daxil olub.

Xatırladaq ki, 2011-ci ilin yanvar-iyun aylarında 27 sığorta şirkəti ödənişlər həyata keçirib.

Qeyd edək ki, 2011-ci ilin yanvar- iyun aylarında sığortaçıların ümumi tədiyələri 98 milyon 276,492 min manat, ödənişləri 26 milyon 741,803 min manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar