Sığortaçılar imtahana çəkiləcək
31 Oktyabr 2009 Şənbə 11:25
Maliyyə Nazirliyi sığorta şirkətlərinin rəhbərləri üçün attestasiya imtahanı keçirəcək
Maliyyə Nazirliyi 5 noyabrda sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər üçün növbəti attestasiya imtahanı keçirəcək. Nazirliyin verdiyi məlumata görə, imtahan "Sığorta fəaliyyəti haqqında" Qanunun 83.2.2 maddəsinin tələbi ilə "Sığorta vasitəçiliyi ilə məşğul olmaq üçün lisenziya almaq istəyən fiziki şəxslər və sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər üçün attestasiya keçirilməsi qaydaları"na əsasən keçiriləcək.
Belə ki, namizədlər zəruri sənədləri 4 noyabr 2009-cu il saat 11: 00-a kimi Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər üçün sonuncu attestasiya 7 oktyabrda keçirilmişdi.
Qeyd edək ki, ilin əvvəlindən 170 fiziki şəxs, eləcə də sığorta şirkətlərində rəhbər vəzifələrə 70 namizəd imtahanlardan uğurla keçib. Qaydalara əsasən, sualların 70 faiz və daha çoxuna doğru cavab verənlər attestasiyadan keçir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar