Sənaye və energetika naziri Türkiyəyə səfər edəcək
14 May 2009 Cümə Axşamı 15:05
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib

 

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev,  həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyəyə dəvət ediliblər. CNN Türk-ün məlumatına görə, bu barədə 15-ci Beynəlxalq Enerji və Ətraf Mühit Konfransında iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, səfər gələn həftə baş tuta bilər.
Nazir Azərbaycandakı görüşlərində qazın alqı-satqısı ilə bağlı hər iki tərəfi qane edə biləcək rəqəmlərin səsləndiyini bildirib. "Böyük bir problem yaşamayacağımız qənaətindəyəm. Hələlik, heç bir razılaşma əldə olunmayıb. İndi ən azı bir görüşə daha ehtiyacımız var".
Nazir bildirib ki, ötən il Türkiyə bir neçə ölkədən 36-37 milyard kub metr qaz alıb ki, bunun da yalnız 5 milyard kub metri Azərbaycanın payına düşür./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar