Səhm bazarı yaxşı dinamika göstərib
24 Noyabr 2009 Çərşənbə Axşamı 16:25
Səhm bazarı yaxşı dinamika göstərib. Bazarın əsas ağırlığını ilkin yerləşdirmə və birjadankənar əqdlər öz üzərinə götürüb.
Bu ilin oktyabrında Azərbaycanda səhm bazarının həcmi ötən ayla müqayisədə 5,4 dəfə azalıb və 5 254 min manat təşkil edib. Bu, maliyyə institutları tərəfindən səhmlərin ilkin yerləşdirmə səviyyəsinin kəskin azalması ilə bağlıdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlimatına görə, bu ilin iyul-sentyabr aylarında Azərbaycanda səhm bazarı yaxşı dinamika göstərib. İyulda bazarın həcmi 46 milyon manat, avqustda 29,4 milyon manat, sentyabrda isə 33,7 milyon manat təşkil edib.

Bazarın əsas ağırlığını ilkin yerləşdirmə və birjadankənar əqdlər öz üzərinə götürüb. Oktyabrda treyderlər «taym-aut» götürüb. Noyabrda bazarda yenidən artım gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar