Sahibkarlarımız Pakistana gedəcək
26 İyul 2009 Bazar 21:20
Məqsəd “Ekpo Pakistan 2009” sərgisində iştirak etməkdir

 

Azərbaycanlı sahibkarlar oktyabrın 23-dən 25-dək Pakistanın Karaçi şəhərindəki sərgi mərkəzində keçiriləcək “Ekpo Pakistan 2009” sərgisinə dəvət olunub. Bu barədə Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından məlumat verilib. Sərgi Pakistanın Ticarətin İnkişafı Palatasının dəstəyi ilə keçiriləcək.

Sərginin məqsədi Pakistanın ticarət imkanlarının artırılması və və başqa ölkələrlə reklam əlaqələrinin genişləndirilməsidir. /Azərtac/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar