Rusiyanın tikinti obyektləri fəaliyyətlərini dayandırdı
28 İyul 2009 Çərşənbə Axşamı 17:00
Rusiya Tikinti İttifaqının prezidenti mənzillərə tələbatın kəskin azaldığını bildirib

Hazırda Rusiyada tikinti şirkətlərinin təqribən 80%-nin fəaliyyəti dondurulub. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Tikinti İttifaqının (RTİ) prezidenti Vladimir Yakovlev bildirib.

O qeyd edib ki, dünya maliyyə böhranı Rusiyanın tikinti sahəsində çox təsir edib ki, bu da mənzillərə tələbatın kəskin azalmasında, inşaatçılar üçün verilən kreditlərin faiz dərəcələrinin artmasında və əhali üçün ipoteka alınmasının mürəkkəbləşməsində öz əksini tapıb.

Vladimir Yakovlev bildirib ki, 2099-cu ilin ilk altı ayının yekunu üzrə ölkədə tikinti-montaj işlərinin ümumi həcmi 20% azalaraq 1,5 trln. rubla düşüb.

“Bu tikilən obyektlərin əhəmiyyətli dərəcədə azalmasından xəbər verir, yeni obyektlər isə sadəcə olaraq inşa olnmur”, - deyə o əlavə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar