Royal Bank 117 nəfərə ipoteka krediti verib
16 İyun 2010 Çərşənbə 17:05
Royal Bank tərəfindən indiyədək 5,072 milyon manat həcmində ipoteka krediti ayrılıb.
“Royal Bank” ASC tərəfindən indiyədək 5,072 milyon manat həcmində 117 ipoteka krediti verilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu kreditlərin 444,2 min manatı güzəştli ipoteka kreditlərinin, 4,627 milyon manatı isə adi ipoteka kreditlərinin payına düşüb. İndiyədək bank tərəfindən 13 güzəştli və 104 adi ipoteka krediti verilib.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan “Royal Bank” ASC 1993-cü ildə Azərbaycanda “OZ Bank” kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 111 POS-terminalı fəaliyyət göstərir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar