Rövnəq Abdullayev: Azalma tendensiyasının səbəbləri var
19 İyun 2011 Bazar 18:33
ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda neft hasilatının azalmasını şərtləndirən amillər barədə danışıb.
Dövlət Statistika Komitəsi Azərbaycanda neft hasilatının azaldığı barədə məlumat yayıb. Son 14 ildə ilk dəfə qeydə alınan bu tendensiyanın səbəblərini ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS-ə açıqlayıb. O qeyd edib ki, azalma tendensiyasının səbəbləri var. R.Abdullayevin sözlərinə görə, həmin səbəblər sırf texniki xarakterlidir.

“Fikrimcə, böyük həcmdə neft istehsal edib bazara çıxarmağa ehtiyac yoxdur. 50 milyon civarında neft istehsal etmək normaldır. Hətta 50 milyondan da aşağı. Ona görə ki, bu, həm büdcəmizə, həm də Neft Fondumuza bəs eləyir”, - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar