Qızılın qiymətində müsbət dinamika müşahidə olunur
12 May 2010 Çərşənbə 18:25
"Qiymətli metal"ın 1,3 faiz bahalaşıb.
Bu gün dünya bazarlarında qızılın qiymətində müsbət dinamika müşahidə olunub. Qiymətli metalın bahalaşmasına səbəb investorların Avropa ölkərinə edilən beynəlxalq yardımın dünya valyutalarına təsir edəcəyindən ehtiyatlanmalarıdır.

Sinqapurun “Rogers Holdings” şirkətinin nümayəndəsi Cim Rocer bildirib ki, pul dəyərini itirdiyindən, indi ən yaxşı çıxış yolu real aktivlərə vəsait yatırmaqdır. Bəzi məlumatlara görə, Yunanıstana edilən maliyyə yardımı Avropada yayılan böhranın qarşısı almağa yardım etməyə bilər. Həmçinin Avropanın borc probleminin qarşısı almağın heç də asan olmayacağı bildirilir.

Belə ki, Nyu-Yorkun NYMEX satış birjasında qızılın unsiyası 1,3 faiz qalxaraq 1232,1 dollar, London 1239,32 dollar, Honkonqda isə 1235, 50 dollara təklif olunub.

Qızılın qiymətinin qalxmasına təsir edən digər amil isə maliyyə bazarlarında avronun ucuzlaşması olub. İlin əvəllindən avro dollara nisbətdə 12 faiz ucuzlaşıb, qızıl isə 12 faiz bahalaşıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar