Qızılın qiyməti maksimuma çatıb
13 İyul 2011 Çərşənbə 17:10
Londonun qiymətli metallar bazarında bu gün qızılın 1 unsiyasının qiyməti 1 570 dollara çatıb. “APA-Economics”in məlumatına görə, beləliklə qızılın qiyməti tarixi maksimumu yeniləyib.
Qızılın bahalaşmasını ilk növbədə Avropada yaranmış borc böhranı ilə əlaqələndirmək olar. Bundan əlavə, ABŞ iqtisadiyyatında yaranmış problemlər, ölkənin dövlət borcunun kəskin artması, borc üzrə limitin artırılıb-artırılmaması barədə qeyri-müəyyənlik və bununla bağlı federal büdcədə yaranmış problemlər də investorlara mənfi təsir edərək, təhlükəsiz ehtiyat aktiv hesab olunan qızıla tələbatı artırır.

Qeyd edək ki, cari ilin əvvəlindən qızılın qiyməti 13,5% artıb:




DOSTLARINLA PAYLAŞ:

oyunlar