Qızıl bütün rekordlarını yenilədi
11 Aprel 2011 Bazar Ertəsi 13:32
"Qiymətli metal"ın qramının qiyməti 47 dollarlıq psixoloji həddi keçib
Dünya bazarı 15 ay əvvələ qayıdır. 2009-cu ilin sonlarında dünyada “qiymətli metal”ların bahalaşması bu gün də təkrarlanır. Dünya bazarında qızılın qiyməti tarixdə ən yüksək həddə çatıb. Birjalarda keçirilən son hərracda “qiymətli metal”ın unsiyası 1474 dollara satışa çıxarılıb. Bununla da, qızılın qramının qiyməti 47 dollarlıq psixoloji həddi keçib. Təkcə ötən həftə “qiymətli metal” 2,8 faiz, son 1 ildə isə 30 faiz bahalaşıb. Qızılın bahalaşmasına müxtəlif amillər səbəb olub.

Dolların dəyərdən düşməsi, Avropada bəzi ölkələrin borc problemləri və Liviya hadisələri investorların qızıla və digər “qiymətli metal”lara inamını artırıb.

Qızılın qiyməti artıq 10 ildir ardıcıl artır. Sonuncu dəfə qızıl 1920-ci ildən sonra mütəmadi olaraq bahalaşmışdı. Ekspertlər hesab edir ki, qiymət artımı bundan sonra da davam edə bilər. Proseslər belə davam edərsə, yaxın aylarda qızılın qramı 50 dollara satılacaq.

Dünyada qızılın bahalaşması Azərbaycana da dərhal təsir edir. Belə ki, hazırda qızılın qramının qiyməti əyarından asılı olaraq 32-40 manat arasında dəyişir. Satıcılar deyir ki, bu, son 10 ildə ən yüksək həddir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar