Qızıl bahalaşıb
28 Dekabr 2009 Bazar Ertəsi 17:35
Qızıl bahalaşıb. Qiymətli metalın unsiyası 0,8 faiz artıb.
Bu gün dünya bazarlarında qızılın qiymətində yenidən bahalaşma qeydə alınıb. Sinqapurda keçirilən satış birjalarında qiymətli metalın unsiyası 0,8 faiz bahalaşaraq 1113,81 dollara satılıb.

Nyu-Yorkda keçirilən birja satışlarında da qızılın unsiyasının qiyməti 0,8 faiz yüksəlib və 1113, 7 dollar təşkil edib.

“KEB Futures Co.”nun treyderi Çae Unso bildirib ki, son həftə ərzində qızılın qiymətindəki ucuzlaşma metala olan marağı artırıb. Bu səbəbdən ilin sonuna yaxın investorlar qızıla qoyulan sərmayələrin həcmini artırıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar