Parabank Western Union ilə birgə Milli kampaniyaya start verdi
03 May 2011 Çərşənbə Axşamı 17:47
Parabank Western Union-la birgə Azərbaycanda ‘’bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm” adlı milli kampaniyaya start verdi.

Azərbaycan ərazisində ən qədim və stabil banklardan olan Parabank artıq 8 il ərzində Western Union-un rəsmi nümayəndəsi olaraq və sub-agentlərinin maraqlarını nəzərə alaraq “bəli! Mən dostlarımı  gətirib uduşlar uda bilərəm” adlı  milli  kampaniyaya start verdi. Parabankla birgə bu kampaniyada tərəfdaşları qismində çıxış edən  DemirBank, Expressbank, Bank Silk Way, GünayBank və  ASB bank iştirak edirlər.
Bu  kampaniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Bu cür milli kampaniya 5 il ərzində Moldovada, 2010-cu ildə Gurcüstanda və ilk dəfədikir ki, Azərbaycanda keçirilir.
Kampaniya bütün Azərbaycan ərazisində insanların sıx toplandığı yerdə müxtəlif növ promo-aksiyaların  keçirilməsi və televiziyada, avtobus dayanacaqlarında və metroda reklamın yayımlanması  nəzərdə tutulub. Bu kampaniyanın ümumi dəyəri 110 000 Avro məbləği təşkil edir.
Kampaniya müddətində Western Union  xidmətlərindən birinci dəfə  pul göndərən və yaxud alan müştəri 2 ədəd kupon əldə edəcək.
1 nömrəli kupon xoşbəxt kupon oyununda iştrak edəcək. 2 nömrəli kuponun üzərinə 2 möhür vurulduqdan sonra, müştəri doldurulmuş kuponu bank operatoruna təhvil verib ilk hədiyyəni ala bilər və ya möhürlərin sayını 5-ə çatdıraraq daha dəyərli hədiyyələr qazana bilər. Həmçinin müştəri  mümkün qədər çox müştəri cəlb etməklə daha 1 möhür toplaya bilər.

Kampaniyada iştrak edən müştərilər  dəyərli hədiyyələr qazanmaqla yanaşı  lotoreyada iştrak edərək 10X1000 AZN məbləğində pul mükafatı qazanmaq şansı da əldə edəcəklər.
Kampaniya 15 aprel-15 iyul 2011-ci il tarixlərində keçiriləcək.
“Parabank” 8 ildir ki,  Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsidir.

Şəhər telefonlarından və mobil operatorlarından 139-a zəng vurmaqla kampaniya və onun şərtləri haqqında  əlavə məlumat əldə etmək mümkündür...



DOSTLARINLA PAYLAŞ:

oyunlar